hemle

Jurnalistlərə COVID-19-un mənşəyini araşdırmaq QADAĞAN EDİLDİ

Tarix:4-08-2021, 12:24
Baxış Sayı:228

"The New York Times" (NTY) qəzetinin baş redaktoru işçilərə COVID-19-un mənşəyini araşdırmağı qadağan edib.

Bu barədə sözügedən qəzetin jurnalistləri məlumat verib.

NYT-nin işçilərindən birinin sözlərinə görə, 2020-ci ilin əvvəlində qəzetin baş redaktoruna koronavirusun mənşəyini araşdırmaq istədiyini deyib, amma bu barədə yazmağın təhlükəli olduğu barədə cavab alıb.

"COVID-19-un süni şəkildə yaradıldığı və ya laboratoriyadan təsadüfən sızması nəticəsində pandemiyaya çevrilməsi barədə hər hansı bir materialın yazılması müqavimətlə qarşılanıb", - deyə jurnalist əlavə edib.

Bundan əlavə, nəzəriyyənin müzakirəsi ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən dəstəkləndiyi üçün qadağan edildiyi bildirilib.

Hesab edilir ki, istintaqın qadağan edilməsinin səbəbi pandemiyadan əvvəl "New York Times"ın Çinin hökumət nəzarətindəki nəşrlərindən milyonlarla dollar alması və ÇXR rəhbərliyinin xəttini təbliğ edən məqalələr dərc edtməsi faktı ola bilər.

NYT sözçüsü isə nəşrin ünvanına səsləndirilən iddiaları gülünc adlandırıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir