hemle

“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri HƏBS EDİLDİ - FOTOLAR

Tarix:3-08-2021, 12:36
Baxış Sayı:304

Bakının Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

“İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Digər xəbərlər
10:52 İsrail Tehranda hərbi akademiyanı vurdu
10:48 İranın İsrailə raket zərbələri nəticəsində 90-dan çox insan xəsarət alıb
10:40 Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər
10:16 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
10:00 Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 15 il ötür
09:55 Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
09:50 Bu gün hava necə olacaq? - PROQNOZ
09:40 BMT-dən nüvə təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ