hemle

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyəyə qarşı aparılan terror nəticəsində baş verən yanğın hadisəsini pisləyən bəyənatı.

Tarix:30-07-2021, 15:00
Baxış Sayı:372

Türkiyəyə qarşı elan edilməmiş müharibəyə yox deyirik!!!.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi olaraq Türkiyədə son günlər baş vermiş yanğın terroruna görə çox kədərlənirik. Türkiyənin dünya üzərində olan nüfuzuna zərbə vurmaq məqsədi ilə terror nəticsində yanğınlar başladılmış və Türk dünyasının məhvi üçün çalışamlar aparılır. Türkiyə Turanın dayağı, Türk dünyasını var olması üçün ümid çırağıdır. Ümid çırağımızı söndürməyi qarşısına məqsəd qoymuş böyük güclərə qarşı daim mübarizə aparan, Türkiyəyə qarşı birləşən güclərə qalib gəlmək üçün birlikdə olmağımız çox önəmlidir. Bu baxımdan müharibə görmüş insanar olaraq bu yanğınıda Türkiyəmizə elan edilmiş bir müharibə kimi dəyərləndiririk.
Türkiyənin iqtisadiyyatının əsasını təşkil edən Turizm mərkəzi olan bütün şəhərləri məhv etdilər. Türkiyəni yox etmək istəyirlər. Biz Azərbaycanı Türkiyədən ayrı təsəvvür belə etmirik. Bu gün Türkiyənin çəkdiyi acılar bizim acılarımızdır. Bizlərdə evimizdə eyni acıları yaşayırıq.
Göz yaşımız axsada ayaqda duracağıq Millətimizin, Türkiyəmizin ağır günüdür. Türkiyəmizi yıxılmağa qoymamalıyıq. Yolumuza davam edəcəyik.
Biz Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi üzvləri olaraq
Bütün müsəlman aləmini Türk dünyasını terrora qarşı çıxmağa, Türkiyəyə dəstək olmağa səsləyirik.
Dünyanın ən dəhşətli yanğını olan Türkiyədə baş verən yanğınlar nəticəsində flora və faunanın məhv edilməsi, günhasız insanların qətl edilməsi çox ağrılı hadəsədir. Dilsiz heyvanların, calı yaşıl ağacların yandırılması vəhşilikdir. Vəhşilərin dünyamızı məhv etməsinə imkan verməyək.
Bizlər müharibə görmüş insanlar Türkiyəyə hər bir köməkliyi etməyə hazırıq. Türkiyə dünya var olduqca var olacaq, qüdrətli olacaq, yenilməz olacaq. Tanrı Türkiyə Azərbaycan birliyini Turanı qorusun.
Terrora və terrorçulara lənət olsun.
MVQSYİB-nin sədri Radə Abbas
ATESH,AZ

Digər xəbərlər
20:31 Gürcüstanda müxalifət mitinq keçirir
15:51 3 milyon azərbaycanlı borc içindədir: Bankların inanılmaz fırıldağı
15:18 Ermənistan Zəngəzur dəhlizini bu variantla açmaq istəyir - Rəsmi TƏKLİF
15:16 Azərbaycanda tələbələrə şad xəbər!
14:44 Azəriqaz Transformasiyaya doğru
14:04 Bu müharibə iki nəhəng dövləti çökdürəcək - Qorxunc proqnoz
14:02 Prezidentin rektor təyin etdiyi şəxs kimdir? - Dosye
13:31 İlham Əliyev sərəncam imzaladı