hemle

Yararsız qurban ətini qaziyə Yasamal bələdiyyəsi göndəribmiş - SƏS YAZISI

Tarix:21-07-2021, 11:22
Baxış Sayı:258

İki gündür sosial şəbəkələrdə Milli Məclisin deputatı Ülvi Quliyevin Qarabağ qazisi Namiq Həsənova yararsız qurban əti göndərməsi barədə xəbər yayılıb.

Unikal.org məsələnin əslində necə baş verdiyini araşdırıb. Bu barədə açıqlama verən qazi Namiq Həsənov deyib ki, qurban payı Yasamal bələdiyyəsinin loqosu olan paketdə olub: "Mənə yaşadığım ərazidən zəng olundu ki, sizə çatacaq qurban payı var. Gedib götürdüm. Evdə baxanda gördük ki, ət iylənib. Bu səbəbdən də MİS-ə zəng elədim ki, bu yararsız əti kim veribsə, gəlin aparın. Orda çalışan bir xanım dedi ki, Ülvi adında bir deputatın payıdır. Amma sonradan məlum oldu ki, bu məsələnin deputat Ülvi Quliyevlə əlaqəsi yoxdur. Çünki əti MİS-ə Yasamal bələdiyyəsi verib, həmin pay bələdiyyənin logosu olan paketdə təqdim olunub. Sadəcə, həmin xanım səhvən Ülvi Quliyevin adını çəkib".

Yasamal MİS-nin sözügedən xanım əməkdaşı qaziyə zəng edərək Ülvi Quliyevin adını yanlışlıqla çəkdiyini etiraf edib.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?