hemle

Türkiyə ölkə sərhədlərini bağlaya bilər

Tarix:19-07-2021, 18:21
Baxış Sayı:294

Türkiyə hökuməti öz sərhədlərini xarici turistlərin üzünə bağlaya bilər.

hemlemedia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, ölkədə koronavirusun “Delta” ştammının artımı müşahidə edilərsə, xarici turistlərin gəlişinə qadağa qoyulacaq.

O, həmçinin vurğulayıb ki, ölkədə vaksinasiya prosesi sürətlənərsə, Türkiyə tam olaraq normal həyata qayıdacaq.

Nazirin sözlərinə görə, Türkiyə bu il 25 milyona qədər turist qəbul etməyi, həmçinin 20 milyard dollar həcmində gəlir əldə etməyi nəzərdə tutur.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca iyulun 6-sı açıqlamışdı ki, ölkədə koronavirusun “Delta” ştammı ilə yoluxma halları bir həftə ərzində demək olar ki, üç dəfə artıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir