hemle

Bakıda toy neçəyə başa gəlir? - VİDEO

Tarix:13-07-2021, 14:32
Baxış Sayı:281

Artıq on gündən çoxdur ki, Azərbaycanda toy mərasimlərinin keçirilməsinə icazə verilib. Toy mərasimləri əvvəlcədən qəbul olunmuş müəyyən qaydalar əsasında keçirilməlidir.

“Report”un əməkdaşları pandemiya dövründə maksimum 150 nəfərin iştirakı ilə keçirilən toy mərasiminin ailə qurmaq istəyənlərə orta qiymətlə neçəyə başa gəldiyini araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, 150 nəfərlik restoran xərci orta hesabla 9 000 manat təşkil edir.

Bundan əlavə, qızıl üzüyün 700, kirayə gəlin maşınının 160, gül buketinin 60, bəylik kostyumunun 150, gəlinlik paltarının 500, gəlin makiyajının 200, tortun isə 400 manata başa gəldiyi məlum olub.

Qeyd edək ki, bundan başqa toyda mərasimin aparıcısı və musiqiçilərinə ödənilməsi üçün əlavə vəsait də lazımdır.


Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam