hemle

Bayram bazarlığı neçəyə başa gəlir? - VİDEO

Tarix:15-03-2021, 18:20
Baxış Sayı:298

Sabah ilaxır çərşənbədir. Novruz ərəfəsində bayram alış-verişi üçün hər kəs bazarlara üz tutur.

Baku TV xəbər verir ki, hazırda bazarda kiloqramı 30 qəpikdən tutmuş 3 manata qədər olan alma çeşidlərinə rast gəlmək mümkündür.

Armud 1 manat 40 qəpikdən, heyva 70 qəpikdən, nar 1 manat 50 qəpikdən, mandarin 2 manatdan, portağal isə 1 manat 70 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif edilir.

Çərəzlərin də qiymətləri fərqlidir. Qozun kiloqramı 2 manat 80 qəpiklə 10 manat aralığında dəyişir. Məhsulun ləpəsi isə 7 - 23 manat aralığındadır. Fındıq ləpəsi istəsəniz 1 kiloqramına ən azı 13 manat verməli olacaqsınız.

Bazarda qiymətlər kimi fikirlər də fərqlidir. Alıcılardan bəziləri ucuzluq olduğunu bildirsə də, bəziləri qiymətlərdən heç də razı görünmür.

Satıcıların əksəriyyəti isə alıcılıq qabiliyyətinin normal olduğunu bildirdilər.

Ətraflı süjeti təqdim edirik:

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir