hemle

İlham Əliyev bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ

Tarix:12-07-2021, 17:44
Baxış Sayı:262

Prezident İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

hemlemedia.az
xəbər verir ki, sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 24.2-ci maddəsinə uyğun olaraq özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödəniləcək.

Bu Qanunun 24.1.3-cü maddəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsi ilə bağlı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərcləri və təlimçilərə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir