hemle

Baş nazirdən İcbari tibbi sığorta ilə bağlı QƏRAR

Tarix:15-12-2020, 21:40
Baxış Sayı:310

Nazirlər Kabineti “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-25.1-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edir.

Bu Qaydada istifadə olunmuş anlayışlar Qanunda verilmiş mənaları ifadə edir.

İcbari tibbi sığorta fondunun gəlir və xərcləri

Qanunun 15-9-cu maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:

- sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;

- subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;

- icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;

- müştərək maliyyələşmə məbləği;

- qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş borc;

- “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

- Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.

Qanunun 15-21.4-cü maddəsinə uyğun olaraq ilin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur.

Qanunun 15-9.1.6-cı maddəsində nəzərdə tutulmuş müştərək maliyyələşmə məbləği istisna olmaqla, 15-9.1-ci maddədə göstərilmiş digər mənbələrdən icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) bank hesabına toplanılır və Qanunun 15-21.1.1- 15-21.1.3-cü maddələrində göstərilən məqsədlər üçün istifadə edilir.

İcbari tibbi sığorta vəsaitləri, o cümlədən həmin vəsaitlər üzrə gəlir və xərclərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən aparılır.

İcbari tibbi sığorta vəsaitləri üzrə təqdim edilən hesabat

​​​​​​Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat (əlavə olunur) auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Hər təqvim ili tamamlandıqdan sonra, növbəti ilin ilk ayının 31-dən gec olmayaraq, Qanunun 15-10.1.1-ci maddəsinə əsasən Agentliyin hesabına ödənilmiş vəsaitlər üzrə Agentliklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, Qanunun 15-10.1.2- 15-10.1.7-ci maddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə isə Agentliklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında tutuşdurma Aktı tərtib edilir.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan