hemle

İşçilərin əməkhaqlarının yarısının İşsizlikdən sığorta fondu hesabına maliyyələşdirilməsi proqramına necə qoşulmaq olar?

Tarix:1-09-2020, 15:17
Baxış Sayı:481

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlərin diqqətinə çatdırır ki, onlar Agentliyin göndərişi ilə işə qəbul olunan şəxslərin əməkhaqqının və əməkhaqqından tutulmaların 50%-nin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, proqrama son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, həmin müddətdə iş yerlərinin sayını azaltmayan işəgötürənlər qoşula bilər. Bunun üçün həmçinin işəgötürənin işçilərinin orta illik sayının 20%-dən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil etməlidir. İşəgötürənin vakansiya bankına müvafiq məlumatları təqdim etməsi, kiçik və orta sahibkarlıq subyekti hesab olunması, müflis elan edilməsi barədə müraciəti olmaması da şərtlər sırasına daxildir.

Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl “Məşğulluq” altsisteminə daxil edilməlidir.
AESHS.AZ

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı