hemle

Zakir Həsənov İkinci Şəhidlər xiyabanını ziyarət etdi

Tarix:12-07-2021, 17:23
Baxış Sayı:281

İyulun 12-də Müdafiə Nazirliyinin rəhbərliyi Tovuz döyüşlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən hemlemedia.az-a verilən məlumata görə, əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub.

Sonra 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin, eləcə də burada uyuyan bütün şəhidlərin məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Tovuz döyüşlərinin ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir