hemle

Oxçuçay fəlakəti Böyük Britaniya mediasında

Tarix:12-07-2021, 10:54
Baxış Sayı:381

Böyük Britaniyanın “Dawn” xəbər portalında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistanda fəaliyyət göstərən kombinat tərəfindən çirkləndirilməsindən danışılır. Qeyd edilir ki, Oxçuçay sənaye tullantıları ilə çirkləndirilib, suvarma üçün yararsız hala gətirilib və nəticədə çaydakı balıqlar məhv olmaq təhlükəsi ilə üzləşib.

Yazıda həmçinin kombinatın əsas səhmdarlarından birinin “CRONIMET” alman şirkəti olması barədə məlumat verilib.

Məqalədə çayda çirklənmə səviyyəsinin yüksək olduğu, onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsinin son dərəcə mənfi təsirlərə səbəb ola biləcəyi bildirilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir