Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Prezident İlham Əliyevin “Yeni Qarabağ İqtisadi rayonunun yaradılması haqqında” fərmanı Böyük Qayıdış strategiyasının təzahürüdür.
44 günlük qalibiyyətli Vətən müharibəsindəki qələbəmiz bizi dünyada qalib millət etdi. Qalib millətin vəsfi ondan ibarətdir ki, onun qarşısında heç bir çətinlik davam gətirə bilməyəcəkdir. Amma azad edilmiş tarixi Azərbaycan torpağı olan Qarabağa ikinci mərhələdə sahiblənmək prosesi başlamışdır. Azad edilmiş torpaqlara sahiblənmək prosesinin zəif getməsi yenə də mənfur qonşularla-ermənilərlə əlaqədardır.
Onlar azad olunmuş torpaqlarda dünyada müharibələr tarixində ağla gəlməyəcək çoxsaylı maneələr təşkil etmişlər. Bir sıra yerlərdə ermənilərin şıltağlığı üzündən hələ də Azərbaycan bayrağının qaldırılmasına imkan verilməmişlər. Bu gün qalib millətin hər bir nümayəndəsində belə bir inam var ki, yaxın zamanlarda Xankəndi şəhəri ilə yanaşı Xocalı, Xocavənd rayonlarında da Azərbaycan bayrağı qaldırılacaqdır.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Prezident İlham Əliyevin “Yeni Qarabağ İqtisadi rayonunun yaradılması haqqında” fərmanı Böyük Qayıdış strategiyasının təzahürüdür. Bu fərmanın ən mühüm cəhəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının prezidenti verdiyi fərmanla Xankəndi ilə yanaşı Xocalı, Xocavənd rayonları da yeni yaradlan Qarabağğ İqtisadi rayonunun tərkibinə daxil edilib.
Əslində bu 44 günlük Vətən müharibəsindəki ələbə ruhunun-“Qarabağ Azərbaycandır!” ruhunun yeni formada davam etdirilməsidir. Qeyd olunan ərazilərin Qarabağ İqtisadi rayonuna daxi edilməsi onunla əlaqədardır ki, Ermənistan maneələr təşkil etməsinə baxmayaraq 10 noyabr 2020-ci ildə imzaladığı kapitülyasiya aktı ilə bu ərazilərin-Xankəndi də, Xocalı da, Xocavənd də Azərbacan Respublikasının ərazisi olduğunu qəbul etmişdir.
44 günlük qalibiyyətli Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilər Azərbaycanın tarixi əraziləridir. Başqa yerlərdə olduğu kimi azad edilmiş ərazilərdə olan şəhər və rayonların davamlı, tarazlı inkişafının təmin olunması çox vacibdir. Bu məqsəd ilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası əvvəlki mərhələdə çox mühüm nəticələr vermişdir. Şəhər, qəsəbə və kəndlərimizin siması əsaslı köklü şəkildə dəyişmişdir. Regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı yaxşılaşmışdır. Nəticədə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmışdır. Bütün qeyd olunanların ən mühüm nəticəsi ondan ibarət olmuşdur ki, əhalinin rifah halı yüksəlmişdir.
Yeni yaradılan Qarabağ iqtisadi rayonun quruluşu müəyyən ediləkən Böyük Qayıdış strategiyası və azad olunan torpaqlara sahiblənmək planı əsas tutulmuşdur. Əslində Yeni İqtisadi rayonun yaranmasına ehtiyac tarixi Azəbaycan torpaqlarının Ermənustan işğalından azad olunması ilə əlaqədar meydana çıxmışdır. Bu, təbiidir, qanunvericilik və Azərbaycana inteqrasiyaya görə başqa cür ola da bilməzdir. Ermənistan rəhbərliyinin qeyri konstruktiv mövqeyi azad olunmuş torpaqlarda hər birimizi naraghat edən məsələlər meydana çıxmış və çıxmaqda da davam edir.
2020-ci il 10 noyabrda imzalanan 3 tərəfli anlaşma həmin məsələlərin həll edilməsi üçün hüquqi əsaslar verir. Lakin Ermənistan tam əsassız olaraq bir sıra yerlərə-Xankəndinə, Xocalıya. Xocavəndə, Ağdərəyə münasibətdə güya fərqli tutum sərgilməyə başlamışdır. Əslində qeyd olunan müqavilədə vaxtilə Ermənistan tərəfindən işğal olunmuş torpaqların tam Azərbaycanın sərəncamına verilməsindən söhbət gedir.
Azərbaycan Respublikasının rəsmi mənbələrində qeyd edilir ki, “yaxın vaxtlarda onlar da həllini tapacaqdır.” Qeyd etdiyimiz mənbələrdə bu məsələ xüsusi ilə vurğulanır “yaxın vaxtlarda Xankəndidə də, Xocalıda da, Xocavənddə də, Ağdərədə də Azərbaycanmızın üçrəngli bayrağı dalğalanacaq”dır. Onun davamında qeyd olunur ki, azad olunan ərazilərin hər yerində “Azərbaycan himni səslənəcək və orada da Azərbaycan qanunları işləyəcək.” Bu isə Böyük Qayıdışın və yeni qəbul olunan Yeni iqtisadi rayonlaşma haqqında ptrezident fərmanından irəli gələn tələblərdir.
Azad olunan torpaqların Azərbaycana inteqrasiyası prosesində yeni münasibətlər sistemi meydana çıxacaqdır. Rəsmi mənbələrdə qeyd edilir ki, “ orada da kimliyindən, milliyyətindən asılı olmayaraq Azərbaycan qanunları qəbul edənlər yaşayacaqdır.” Burada bir neçə məsələyə aydınlıq gətirilir. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycan Respublikası son zamanlarda götürdüyü beynəlxalq öhdəlikləri tam yerinə yetirir. Ermənistan bu qədər pozuculuq fəaliyyəti göstərsə də Azərbaycan respublikası azad olunmuş ərazilərdə kimlik və milliyyət amillərində orada yaşayan insanlar arasında heçbir ayrı seçkilik etmir. Ermənistan tərəfi Qarabağda yaşayan erməni əhalidə Azərbaycanla münasibətlərin nizamlanmasına mane olur. Tez-tez şou xarakterli bəyanatlar verərək yerli erməni əhalisinin Azərbaycana inteqrasiya olunmasına mane olurlar.Azərbaycan Respublikası nə qədər humanist və beynəlxalq qanunlara sadiq olsa da şərt belədir: “ Qarabağda Azərbaycan qanunlarını qəbul edənlər yaşayacaqdır.”
Azərbaycanda olduğu kimi, yeni azad olunmuş ərazilərdə də ardıcıl olaraq məqsədyönlü islahatlar həyata keçirilməlidir. Bu yerlərdə genişmiqyaslı tədbirlər azad olunmuş ərazilərin iqtisadi inkişafını şərtləndirəcəkdir. Bununla yanaşı qonşusu erməni olan xalq hərbi-müdafiə qüdrətini daima təkmilləşdirməyi yaddan çıxarmamalıdır. 44 günlük əzəmətli və qalibiyyətli Vətən müharibəsinin qələbə ruhunun bir dəqiqə də olsun zəifləməsinə imkan verməyə haqqımız yoxdur.
Ermənistan monoetnik respublikadır. Azərbaycanlılara qarşı orada yaşamağa imkan verməmişlər. Lakin buna baxmayaraq azad olunmuş torpaqlarda vəziyyət elə olmuşdur ki, uzun illər həmin ərazidə yaşamış gəlmə ermənilər Azərbaycan Respublikasının humanizminə və beynəlxalq öhdəliklərə sadiq olduğuna inanaraq orada yaşamaq fikrindədirlər. Bunun üçün lazım olan prosedur qaydalar yerinə yetirilməlidir.
Brincisi, Azərbaycan Respublikası ərazisində yaşamaq üçün vətəndaşlığı qəbul etməlidirlər. İkinci məsələ son 30 ildə və ya torpaqlar azad ediləndən sonra o insanların Azərbaycan respublikasına münasibətləridir. “Onlar bu günə qədər Azərbaycan qanunlarını pozmayıblar, Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətməyiblər.” Ermənilər Ermənistanın nümayəndəsi kimi deyil,” bundan sonra da Azərbaycan qanunlarını qəbul edəcəklər” və vətəndaş kimi yaşayacaqlar. Maraqlı məsələlərdən biri də şəxsiyyət vəsiqələri ilə əlaqədar yayılan şoulardır. Onların hamısı bir tərəfə atılmalı “onların cibində də Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olacaqdır”.
Ermənistan kapitulyasiya aktına imza etdikdən sonra da azad edilən ərazilərə münasibətdə bir sıra anlaşmazlıqların meydana çıxmasına səbəb olmuşdur. Qarabağa, azad olmuş torpaqlara sahib olmaqla əlaqədar maneələr bir sıra ərazilərdə statusu məlum olmayan erməniərin yaşamaqda davam etmələridir. Böyük Qayıdış üçün qeyd olunan anlaşmazlıqların yaxın zamanlardan aradan qaldırılması vacibdir. Rəsmi mövqe bundan ibarətdir ki, “anlaşılmazlıqlara da təbii ki, yaxın vaxtlarda son qoyulacaqdır.” Burada bir məsələnin ciddi şəkildə müəyyən edilməsi vacibdir. İlk əldə olan məlumatlara görə “müəyyən ərazimizdə qalan separatçı cinayətkarlar”dır.
Hər halda məsələ onların qanunlarımıza tabe olub vətəndaşlıq almasından danışmaq mümkün deyildir. Adından da göründüyü kimi onlar cinayətkarlardır. Cinayətkarlar və “onlara məxsus nələr varsa, hamısı məhv ediləcəkdir.”Bu kimi insanları vətəndaş adı ilə Azərbaycanda saxlamaq mümkün deyildir. “Ərazimiz o separatçılardan, terrorçulardan, düşmənlərdən təmizlənəcək.” İşğaldan azad etdiyimiz digər ərazilərimiz kimi Xankəndidə də, Xocalıda da, Xocavəndə də bizim qanunlar daxilində həmin iqtisadi rayonlar mövcud olacaqlar. Biz bunu yaxın vaxtlarda gözləyirik”.
44 günlük Vətən müharibəsi ilə azad edilmiş tarixi Azərbaycan torpaqlarında əvvəlcə ərazinin bərpası təmin edilməlidir. Daha sonra erməni vandalizmi nəticəsində xarabaya çevrilmiş ərazinin bərpası ilə bərabər gələcək inkişafının təmin olunması vacibdir. Azad olunan torpaqlarda müneələr aradan qaldırılandan sonra zəruri infrastrukturun yaradılması da tələb olunur. Ermənistanın dünya tarixində analoqu olmayan minalama siyasətinin ilk nəticəsi ondan ibarətdir ki, doğma torpaqlara qayıtmaq həsrətində olan əhalinin doğma torpaqlarına qayıdışı süni maneələrlə əngəllənir.
Lakin Ermənistanın yaratdığı maneələrə baxmayaraq bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilməsi planlaşdırılır. Bu isə son nəticədə azad olunan ərazilərin zəngin iqtisadi potensialından istifadə etməyə imkan verəcəkdir.Ermənistan işğalı altında olan illərdə təbii sərvətlər amansızcasına istismar edilmiş və xaricilərə belə vermişdilər. Azad edilmiş ərazilərin təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan tədbirləri həyata keçirmək olar. Azad edilmiş torpaqlar ilə əlaqədar bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyini real vəziyyət təsdiq edir.Bu da əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.
Prezidentin iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanına əsasən ən diqqət çəkən məqamlardan biri Azərbaycanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması məsələsi oldu. Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları ilə seçilən Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları isə Şərqi Zəngəzur vahid iqtisadi rayonuna daxil edilib. Təbii ki, bu fərman xüsusilə iki aspektdən daha çox əhəmiyyət kəsb edir: Azərbaycanın yeni geosiaysi reallıq çərçivəsində regiondakı üstünlüyünü möhkəmləndirməyinə yeni şərait yaranmışdır.
Belə ki, Qarabağ iqtisadi rayonunun yaradılması 10 noyabr üçtərəfli bəyanatından sonra çoxlarımızın beynində sual işarəsi olaraq qalan Xankəndi, Xocalı və Xocavənd məsələsinin rəsmən bitdiyini göstərdi, müharibədən sonra “Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq?” suallarına rəsmi cavab verildi. Qarabağın “statusunun” sözün əsl mənasında gorbagor olduğu dövlət başçısının imzaladığı rəsmi sənədlə təsdiqini tapdı. Bununla eyni zamanda Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya biləcəyi aydınlaşdı.
Beləliklə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı iki detal tarixi əhəmiyyəti var: Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini rəsmi sənədlə bəyan etdi və Azərbaycanın gələcək strateji hədəfi rəsmiləşdi.
Azərbaycan Ermənistan münasibətlərində beynəlxalq münasibətlər nöqteyi nəzərindən əsas məsələ ikitərəfli sülh müqaviləsinin imzalanmasıdır. Mənbələrdə qeyd edildiyi kimi Ermənistanla hərtərəfli sülh müqaviləsi imzalanana qədər “sərhəddə atəşkəsin pozulması”, “bu cür təzyiqin saxlanılması” onların marağındadır. Çünki Ermənistanın qalib Azərbaycan tərəfə qarşı ikili və beynəlxalq münasibətlərdə artıq başqa təzyiq imkanları qalmayıb. Ermənistan tərəfi işğalçı müharibəni uduzub, ordu yox dərəcəsindədir. Əslində mikro təzyiq vasitəsilə onlar dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirlər ki, Qərb onlara kömək etsin. Məqsəd dünya ictimiyyətinin daim diqqətini burada saxlamaqdır.
Faktiki olaraq üçtərəfli müqavilə ilə Ermənistan dövlət olaraq Azərbaycana qarşı müharibədə məğlubiyyətini imzası ilə təsdiq etmişdir. Lakin məğlub olmasına baxmayaraq Ermənistan rəhbərliyi çox müstəsna vəziyyətdən də istifadə etməyə çalışmaqdadır. Azərbaycan-Ermənistan cəbhəsində elə bir vəziyyət yaranıbdır ki, bir çox suallara cavab vermək çətindir. Bu sualların meydana çıxması heç də təsadüfi deyil. Ermənistan tərəfi istəyirlər ki, həmişə olduğu kimi dünya görsün ki, məsələ həll olunmayıb, münaqişə davam edir. Münaqişə olmadığı halda belə hadisələrə münaqişə görüntüsü verməyə çalışırlar. Böyük dövlətlər isə çox halda görünənləri deyil, görmək istədiklərini görürlər.
Lakin postmünaqişə dövründə həyata keçirilən tədbirlər, hadisələrin xronologiyası və xüsusi ilə də son fərman aydın şəkildə göstərdi ki, Ermənistanın işğal edib 30 il əsarətdə saxladığı torpaqların azad edilməsi uğrunda 44 günlük qələbə ilə başa çatan Vətən müharibəsi ilə tariximizin bir dövrü nəticələnmiş oldu. II mərhələ terminoloji olaraq postmünaqişə dövrü adlanır. Vətən müharibəsində əldə edilən qələbənin möhkəmləndirilməsində, erməni işğalından azad edilən torpaqlara sahib olma prosesində postmünaqişə dövrü mühüm rol oynayır. Bu mənada post münaqişə dövründə Azərbaycan Respublikasının həyata keçirməli olduğu tədbirlər qələbəni möhkəmləndirməklə yanaşı, əbədiləşdirmlidir. Üçtərəfli müqavilənin imzalanmasında keçən müddət ərzindəki proseslər bir daha təsdiq edir ki, bütün tarixi proseslər məhz rəsmi Bakının nəzarəti və müəyyən etdiyi istiqamətdə gedir.
Postmünaqişə , xüsusi ilə də azad edilmiş ərazilərə sahib olma prosesinin uğuru bir sıra vacib məsələlərdən asılıdır. Erməni vandalizminin dünyanın şahid olduğu işğal etmiş olduğu ərazilərdə “Yeni Xirosimalar” yaratmasıdır. Dünya erməni vandalizmi-haydalizm qarşısında dəhşətə gəlir. Buna görə də işğaldan azad edilmiş ərazilərə sahib olma prosesində əsas məsələ olaraq işğaldan azad edilən ərazilərin bərpasıdır. Bərpa olunan yerlərin gələcək inkişafının təmin olunması baş planda əsas yer tutur.
Bu prosesdə ən vacib və ağrılı məsələ bir zamanlar işğal olunan və indi azad olunan torpaqları əhalinin doğma yurd-yuvalarına qayıdışı istiqamətində tədbilərə start verilib. Ermənistan müxtəlif xarakterli tədbirlərlə nəzərdə tutulan prosesləri ləngidir. Lakin Azərbaycanın höküməti tam əmindir ki, Ermənistan müəyyən etdiyi tədbirlərin qarşısını ala bilməyəcəkdir.
Amma Azərbaycan respublikasının prezidenti İlham Əliyevin bu fərmanı status-kvonun aradan qaldırıldığının rəsmi təsdiqidir. Qarşıda duran mühüm məsələlərdən biri də pis məqsədlə müəyyən ərazimizdə qalan separatçı rejimin qalıqlarıdır. Bu kimi insanların müqavilə ilə azad edilmiş ərazilərdə saxlanılması Ermənistanın beynəlxalq müqaviləni pozması olaraq qəbul edilməlidir. Azad edilən tarixi Azərbaycan torpaqlarında “onlara məxsus nə varsa, hamısı qarşıdakı yaxın zamanda məhv ediləcək”dir.
“Ərazimiz o separatçılardan, terrorçulardan, düşmənlərdən təmizlənəcək.” İşğaldan azad etdiyimiz digər ərazilərimiz kimi Xankəndində də, Xocalıda da, Xocavəndə də Azərbaycanın qanunları daxilində, cibində Azərbaycanın vətəndaşlığını təsdiq edən sənədi daşıyan şəxslər yaşaya biləcəklər.
Beləliklə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı iki detal tarixi əhəmiyyəti var: Birincisi, dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini rəsmi sənədlə bəyan etdi. İkincisi, Azərbaycanın gələcək strateji hədəfi rəsmiləşdi.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi