hemle

General-leytenant: “Azərbaycan Ordusunda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır” - FOTO

Tarix:10-07-2021, 14:21
Baxış Sayı:306

Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışı keçirilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən söz açaraq, kadr orqanı işçilərini bu qələbə münasibətilə bir daha təbrik edib. Nazir müavini Vətən müharibəsində şəhidlik məqamına yüksələnlərin əziz xatirəsini yad edərək, Allahdan onlara rəhmət, qazi və yaralılarımıza şəfa, ailə üzvlərinə səbr diləyib.

Ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edən general-leytenant K.Vəliyev kadr islahatlarının daha səmərəli aparılması üçün yeni texnologiyalardan istifadə olunacağını bildirib. O, şəxsi heyətin yerləşdirilməsinin, rotasiyasının, kadr islahatlarının daha çevik və səmərəli təşkil olunmasına imkan yaradacaq yeni layihələrin hazırlandığını qeyd edib. Nazir müavini çıxışının sonunda bildirib ki, bu sahədə görülən bütün işlər hərbi qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təşkil olunur.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ötən il ərzində kadrların komplektləşdirilməsi ilə bağlı görülmüş işlərdən, cari ildə qarşıda duran vəzifələrdən danışıb, kadrların idarə edilməsində əldə olunan nailiyyətlərdən və kadr idarəetmə sisteminin daha da təkmilləşdirilməsindən söz açıb. Vurğulanıb ki, kadrların idarə edilməsi prosesinin təkmilləşdirilməsi, kadr potensialının keyfiyyətinin daha da yüksəldilməsi Müzəffər Ali Baş Komandanın şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsinə xidmət edir.

Sonda tədbirdə çıxış edən hərbi qulluqçular ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması barədə fikirlərini bölüşüblər.





Digər xəbərlər
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?
09:47 COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu? - Ekspertlərdən AÇIQLAMA