hemle

Medianın İnkişafı Agentliyinin hesabatı AÇIQLANDI

Tarix:7-07-2021, 17:33
Baxış Sayı:277

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələrinə dair statistik hesabat hazırlanıb.

Bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Məlumata görə, agentlik tərəfindən onlayn mediaya dəstək məqsədilə müsabiqə elan edilib.

Müsabiqənin məqsədi onlayn media subyektlərinin (veb-saytların) inkişafına, onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə maliyyə yardımının göstərilməsidir.

1-11 iyul tarixi ərzində müsabiqəyə 96 media subyekti, 394 əməkdaş müraciət edib.

Statistik nəticələrin incələnməsi zamanı müraciət edənlər arasında 61 direktor, 145 jurnalist, 97 redaktor, 394 əməkdaş, 303 yaradıcı heyət, 91 texniki heyət üzvü olub.

İcarə müqaviləsi və dövlət qeydiyyatı ilə 96 müraciət ünvanlanıb. Statistikaya əsasən, 30 yeni icarə müqaviləsi, iki yeni dövlət qeydiyyatı aparılıb.

Agentlik tərəfindən işlə təmin olunan şəxslərlə bağlı da statistik rəqəmlər açıqlanıb. Belə ki, son altı ayda 183 nəfər işlə təmin edilib. 1-11 iyun tarixlərini əhatə edən müsabiqə dövründə 120 nəfər (30 %), müsabiqəyə qədər 63 nəfər (15 %), 2021-ci ilə qədər isə 211 nəfər (55 %) işlə təmin edilib.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat