hemle

10 manat ver SOYADINI dəyişdir - “Ov”, “yev”-ləri ləğv etmək üçün SƏNƏDLƏR

Tarix:3-07-2021, 12:12
Baxış Sayı:250

Azərbaycanda hələ də "ov" və "yev" soyadları üstünlük təşkil edir. Soyad sonluqlarının dəyişdirilməsini arzulayanlar çox olsa da, onlar heç də prosedurun asan olmasından xəbərdar deyillər.

hemlemedia.az "bizim.media"-ya istinadən xəbər verir ki, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.

18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir.

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Tələb olunan sənədlərə gəlincə, onların siyahısı da uzun deyil. Bunu elektron qaydada etmək mümkündür.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin elektron xidmətləri arasında "soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət" xidməti mövcuddur. Bunun üçün istifadəçi tərəfindən elektron qaydada ərizə doldurulur.

Ərizəyə qeyd olunan sənədlər əlavə olunur:

1. İstifadəçinin ilkin hərbi qeydiyyata alınması haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinin skan edilmiş surəti;

2. istifadəçinin 3x4 ölçüdə elektron formatda fotoşəkli;

3. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin skan edilmiş surəti.

"Dövlət rüsumu haqqında" qanuna əsasən, soyadın dəyişdirilməsinin qeydə alınması üçün 10 manat rüsum ödənməlidir.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?