hemle

Qanunda açıq qalan məsələ ilə bağlı dəyişiklik edildi - QƏRAR

Tarix:20-11-2020, 23:57
Baxış Sayı:367


“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərara dəyişiklik edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu barədə qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında ödəmə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir.

Belə ki, məhkəməyədək icraat zamanı və ya işin məhkəməyə təqdim edilmədən yekunlaşdığı (xitam verildiyi) hallarda vəkilin dövlət hesabına göstərdiyi hüquqi yardım haqqının hansı formada müəyyən edilməsi məsələsi açıq qalır.

Vəkili cinayət prosesinə müdafiəçi qismində cəlb edən müvafiq cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında da haqqın vəkilə ödənilməsini nəzərdə tutan normanın müəyyən edilməsinə zərurət vardır.

Qeyd olunan problemin aradan qaldırılması məqsədilə, eyni zamanda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə uyğun olaraq, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, müdafiəçini işə cəlb edən orqanın qərarı əsasında ona fəaliyyətinə görə ödəniş olunacaq.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ