hemle

“AZAL rəhbərliyi, nə vaxta qədər Gürcüstandakı qiymətlərə həsəd aparacağıq?!

Tarix:29-06-2021, 17:36
Baxış Sayı:286

Real partiyasının sədr müavini Natiq Cəfərli AZAL-ı uçuş biletlərinin bahalı olmasına görə tənqid edib.

“Qafqazinfo”nun məlumatına görə, N. Cəfərli feysbuk hesabında şirkətə bir sıra suallar ünvanlayıb:

“Hakimiyyət üçün qiymətli AZAL rəhbərliyi, biz nə vaxta qədər Gürcüstandakı qiymətlərə baxıb həsəd aparacağıq?! Nə zamana qədər AZAL-a olan yaxın münasibətə görə camaat əziyyət çəkib, öz cibindən bu şirkəti maliyyələşdirib, hələ bir büdcədən də dotasiya almasını, bütün bunlara rəğmən ziyanla işləməsini görüb təəccüblənəcək?! Bir tək bu məsələni həll etmək bu qədərmi çətindir?! Qiymətlərin yüksək olmasının AZAL-ın bir tək inhisarçı olması ilə bağlı deyil, yerüstü xidmətlərin də AZAL-ın inhisarında olmağıdır”.

N. Cəfərli bu məqamda, 1 iyuldan “Wizzair” şirkətinin Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşlarını bərpa etməsini vurğulayaraq sözügedən şirkətin müxtəlif istiqamətlərə bilet qiymətlərini də açıqlayıb: “Şirkət yenilənmiş aeroportdan (Kutaisi hava limanını Türkiyə şirkəti təmir edib və işlətməyə başlayıb) 6 istiqamət üzrə – Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen (Almaniya) şəhərlərinə reyslər yerinə yetirəcək.

Nəzəri olaraq1 həftəlik bilet qiymətlərinə baxdım – 04 iyuldan 11 iyula qədər, məsələn, Praqa şəhərinə olan bilet qiymətlərini müqayisə etdim. Həmin tarixlərdə Kutaisidən Praqaya bilet qiyməti 165 dollardır. Eyni tarixdə Bakıdan Praqaya THY ilə bilet qiyməti 1180 manat, yəni, 694 dollardır – fərq 529 dollar təşkil edir”.

Bildirək ki, zamanla müxtəlif ekspertlər, deputatlar tərəfindən AZAL-ın qiymət bahalığı mövzusu gündəmə gətirilir. Buna baxmayaraq, hələ də məsələ öz həllini tapmayıb.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir