hemle

AZAL-DA TƏMİZLƏMƏ ƏMƏLİYYATI BAŞLADI

Tarix:10-08-2020, 11:03
Baxış Sayı:527

Cahangir Əsgərovun təhlükəsizlik idarəsi buraxıldı

Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır. Mənbənin verdiyi xəbərə görə, şirkətin təhlükəsizlik idarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var.

Məlumat üçün qeyd edək ki, Elxan Orucov Qarabağ məsələlərində adı ləkələnmiş zabitlərdən olub. O, Cahangir Əsgərovun təhlükəsizlik üzrə müşaviri və AZAL Oil-un direktoru Fəxrəddin Qazibəyovun köməkliyi ilə 2013-cü ildə bu vəzifəyə təyin olunub.

Bundan başqa şirkətin təhlükəsizlik idarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilıməsi ilə bağlı ərizəsi alınıb.
hemlemedia.az

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ