hemle

Xaricdə evi olan azərbaycanlı məşhurlar - SİYAHI

Tarix:9-06-2021, 18:20
Baxış Sayı:282

Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər sosial şəbəkələrdə geniş yayılan və “Boz Bakı”, “Ağacsız Bakı” başlığı ilə paylaşılan fotoya münasibət bildirib.

Nazir müavini Vüqar Kərimov bildirib ki, sosial şəbəkələrdə yayılan şəkil çəkilən zaman şəhərin hansısa bir hissəsi götürülüb:

“Şəhərin mərkəzi hissələrində binaların sıx olması ilə yaşıllıqlar az görülə bilər. Növbəti dövrlərdə də nazirlik tərəfindən yaşıllıqların artırılması prioritet sahələrindən biridir. Bakı şəhəri və Abşeron rayonu yerləşdiyi mövqeyə görə yaşıllıqların az olduğu yarımsəhra ərazisidir.

Burada yaşıllıqların salınması, onlara qulluq məsələsi xüsusi diqqət tələb edir. XX əsrin əvvəllərində Bakı şəhəri ərazisində yaşıllıqların miqdarı ümumi ərazi ilə nisbətdə heç bir faiz də deyildi.

Hazırda həyətyanı sahələrdəki yaşıllıqları nəzərə alınmadan Bakı şəhərinin yeddi faizdən yuxarı hissəsi yaşıllıq ərazidir. Ümumiyyətlə, Azərbaycan meşə örtüyünün zənginliyi baxımından nisbətən zəif ölkələrdən sayılır. Ərazimizin cəmi 12 faizə yaxın hissəsi meşə örtüyü ilə əhatə olunub”.

Nazir müavini qeyd edib ki, son illər yaşıllıqların miqdarı artırılıb:

“Bakı şəhərində parklar, yaşıllıqlar salınıb. Bir məsələni qeyd edim ki, Bakının Qaradağ ərazisi çox böyükdür, amma orada yaşıllıqların miqdarı 1,3 faizdir. Suraxanı, Xəzər rayonları yaşıllıqların miqdarı ən çox olan ərazidir. Yasamal və Səbail rayonu ərazisi balaca olsa da, yaşıllıqlar çoxdur.

Növbəti dövrlərdə Bakı şəhərində yaşıllıqların miqdarının daha da artırılması, 15 faizə kimi çatdırılması ilə bağlı planlar var və təkliflər hazırlanır. 2020-2025-ci illərdə Abşeron rayonu üzrə yaşıllıqların daha 5 min hektara artırılması ilə bağlı təkliflər işlənilir.

Burada hər şeyi dövlətdən gözləmək düzgün deyil. Özəl sektor da buna dəstək olmalıdır. Bakıda aqro bağların salınması yaşıllıqların artmasına gətirib çıxarır. Bu layihələr davam etdiriləcək”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir