hemle

Azərbaycanda peyvənd olunan müəllimlərin sayı AÇIQLANDI

Tarix:12-04-2021, 18:41
Baxış Sayı:327

Ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş məktəb heyətinin ümumi sayı 70 027 nəfər (31,48 faiz) təşkil edir. Ümumi sayın 16 032 nəfəri (30,44 faiz) Bakının, 3 561 nəfəri (60,50 faiz) Sumqayıtın, 2 090 nəfəri Abşeronun (36,40 faiz), 48 344 nəfəri isə (30,57 faiz) regionların payına düşür.

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olummuş məktəb heyətinin ümumi sayı isə 48 285 nəfərdir (55 faiz).

Bakı üzrə 50 yaşdan yuxarı vaksin olunmuş heyətin sayı 11 868 nəfər (57 faiz), Sumqayıt üzrə 1 807 nəfər (70 faiz), Abşeron rayonu üzrə 910 nəfər (64 faiz), regionlar üzrə isə 33 700 nəfər (54 faiz) təşkil edir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir