hemle

Araz Musayevin qanunsuz apartman tikintisi dayandırıldı - RƏSMİ

Tarix:8-06-2021, 11:01
Baxış Sayı:248

Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən hemlemedia.az-a bildirilib ki, artıq məsələ öz həllini tapıb.

Belə ki, agentliyin rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar qəbul edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında qanunsuz tikinti dayandırılıb.

Qeyd edək ki, həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi FHN-nin bir neçə gün öncə işdən çıxarılan əməkdaşı Araz Musayev həyata keçirirdi.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?