hemle

Bu çağırışçılara 3 ay möhlət veriləcək

Tarix:7-06-2021, 23:02
Baxış Sayı:322

Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara üç ay müddətinə möhlət hüququ verilir.

Qeyd ediləni nəzərə alaraq aşağıdakı dəyişikliklər edilib:

Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.

Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir