hemle

Vüsal Hüseynov rəqəmdə səhv etdiklərini açıqladı

Tarix:24-05-2021, 14:14
Baxış Sayı:341

Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri - dəqiq göstərilməsi haqda xəbərlərə aydınlıq gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, buna səbəb sistemə məlumatların daxil edilməsi zamanı Xidmət tərəfindən xəta baş verməsi (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi) ilə əlaqədardır:

“Məlumatlara sistemdə artıq düzəlişlər edilmişdir. Bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapmışdır. Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləği 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq.

Mətbuat nümayəndələrinə bu məsələni anlayışla qarşılamağı və məlumatlarında müvafiq dəyişikliklərin edilməsini xahiş edirik”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ