hemle

Azərbaycanda yeni yataqda istehsalat prosesinə başlanılacaq vaxt AÇIQLANDI

Tarix:21-05-2021, 16:05
Baxış Sayı:301

Britaniyanın “Anglo-Asian Mining Plc” şirkəti Gədəbəy Müqavilə Sahəsindən 10,5 kilometr şimal-şərqdə yerləşən və qızıl ehtiyatları ilə zəngin “Afşanclı-1” yatağında istehsalat prosesinə başlayacaq.

Məlumata əsasən, bu ilin sonu və ya növbəti ilin əvvəlindən etibarən “Afşanclı-1” yatağında istehsalat işlərinə başlanılacaq.

Bildirilib ki, 2020-ci ildə bölgə üzərində ətraflı xəritələmə işləri davam etdirilib. Ümumi həcmi 6 629 metr olan 27 əsas qazma quyusu və 5 349 metr olan 79 digər növ qazma quyuları tamamlanıb.

Mineral ehtiyatların əsasən yatağın 200 ilə 300 metrlik mərkəzi zonasını əhatə etdiyi təxmin edilir. Qızıl ehtiyatlarını əhatə edən layların dərinliyi barədə hələ ki, məhdud informasiya əldə olunub, lakin qiymətləndirilmə işləri davam edir.

Qeyd edək ki, “Avşanclı” üç əsas sahəni: “Afşanclı-1”, “Afşanclı-2” və “Afşanclı-3” yataqlarını əhatə edir.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT