hemle

Hulusi Akar: “Kandildə terrorçuların işığı sönür”

Tarix:20-05-2021, 17:46
Baxış Sayı:327

“İraqın şimalındakı Kandil dağında terrorçu PKK qruplaşmasının düşərgəsinin işıqları sönür”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar mayın 20-də jurnalistlərə bildirib.

Media nümayəndələrindən biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Hədəfimiz Kandil” açıqlamasını xatırladaraq: “Bunu əməliyyatın siqnalı olaraq anlaya bilərikmi” sualını Hulusi Akar belə cavablandırıb: “Biz son terrorçunu zərərsizləşdirənədək mübarizəmizi davam etdirəcəyik. Təxminən 40 ildir uca millətimizin başına açılan bu bəladan xilas olmaq üçün ölsək şəhid, qalsaq qazi anlayışı ilə mübarizəmizi sürdürürük. Terrorçular haradadırsa, biz orada olacaq, millətimizi xilas edəcəyik. Kandilin işıqlarının söndüyünü, qaranlığa büründüyünü, terrorçuların sonlarının gəldiyini hamımız görürük. Bunu daha tez başa düşmələrini və ədalətə təslim omalarını gözləyirik”.

Hulusi Akar “Pençe Şimşek” və “Pençe Yıldırım” antiterror əməliyyatları nəticəsində bu günədək 121 terrorçunu zərərsizləşdirdiklərini deyib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir