hemle

Şuşada ilk toy: Birinci cütlük kim olacaq?

Tarix:20-05-2021, 12:19
Baxış Sayı:301

“Şuşada ilk toyu kimlər etmək istəyirsə, “Qarabağa dönüş” İctimai Birliyinə müraciət etsinlər”.

Bu sözləri Modern.az-a “Qarabağa dönüş” İctimai Birliyinin rəhbəri, deputat Tural Gəncəliyev deyib.

O qeyd edib ki, pandemiya bitəndə, toyların keçirilməsinə icazə veriləndə Şuşada ilk toyu reallaşdırmaq olar:

“Hətta bir cütlüyün deyil, evliliyə hazırlaşan bir neçə cütlüyün eyni vaxtda toy mərasimini Şuşada təşkil etmək olar. Ümidvaram ki, pandemiya problemi tezliklə aradan qalxacaq. Şuşada heç qapalı məkana ehtiyac yoxdur. Açıq havada, Cıdır düzündə gənclərin evlilik mərasimini təşkil edərik. Şuşanın gözəl təbiəti, mənzərəsi buna imkan verir. Əslində belə bir mərasim qonşuluqda yaşayan ermənilər üçün də bir göz dağı olar. Qoy ermənilər bir daha görsünlər ki, Azərbaycan xalqı Şuşaya qayıdıb, orada normal həyat sürür”.

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı