hemle

Vaqif Mustafayevin “əsər”inə cəmi 5 gün dözə bildi

Tarix:19-05-2021, 15:24
Baxış Sayı:273

Bir müddət əvvəl “Space” kanalına rəhbər təyin edilən Ülviyyə Mikayılovanın qəflətən istefa verməsi ətrafında müzakirələr bitmək bilmir. Elə uzun illər təhsil sahəsində çalışan və televiziya təcrübəsi olmayan Ü. Mikayılovanın telekanala rəhbərliyə gətirilməsi də birmənalı qarşılanmamışdı. Bununla bərabər, xanım sədr təyinatıyla bağlı açıqlamasında bu sahənin onun üçün yeni olduğunu bildirərək öhdəsindən gələ biləcəyini vurğulamışdı.

Ancaq vəzifəyə gələndən cəmi beş gün sonra Ü. Mikayılovanın rəhbərlikdən getməsi barədə məlumatlar yayıldı. O isə bu günə qədər istefasının səbəbiylə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Bu gün onunla əlaqə saxlayan yeniavaz saytının əməkdaşına da bu barədə danışmaq istəmədiyini bir daha bəyan edib.

“Mən müəlliməm və mətbuata heç bir açıqlama vermirəm, inciməyin”-deyə məsələyə reaksiya verib.

“Qafqazinfo” Ü. Mikayılovanın istefasının arxasında dayanan səbəbləri əldə edib. Məlum olub ki, məsələnin kökündə kanalın maddi problemləri dayanır. Belə ki, 15 il kanala rəhbərlik edən Vaqif Mustafayevdən televiziyaya külli miqdarda borc miras qalıb. Telekanalın əməkdaşları 6 aya yaxındır ki, maaşlarını ala bilmirlər. Bu səbəbdən də onların çoxu işə çıxmır. Ü. Mikayılova da maddi problemdən əziyyət çəkən kanalda ağır yükün altına girmək istəməyib. Eyni zamanda, o, bu cür maliyyə problemləri fonunda kanalı maarifçi bir televiziyaya çevirməyi mümkün hesab etməyib.

Bildirək ki, 1959-cu il təvəllüdlü Ü. Mikayılova ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Qeyd edək ki, V. Mustafayev 15 il kanala rəhbərlik edib. Son illər isə televiziya əməkdaşlarının maaşları vaxtlı-vaxtında verilməyib. İşçilər V. Mustafayevin əmlakının satılaraq onların maaşlarının ödənilməsini də tələb ediblər. Bununla yanaşı, televiziyada ciddi nizamsızlıq, efirin toyxanaya çevrilməsi kimi neqativ hallar müşahidə edilirdi.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?