hemle

Vaqif Mustafayevdən sonra “Space”də qalmaqallı serialın yayımı dayandırıldı

Tarix:9-02-2021, 13:43
Baxış Sayı:304

“Space” televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan “Amaci” (Bu zalım dünyada doğulma) serialının yayımı dayandırılıb.

“Report”un məlumatına görə, serialın yayımının dayandırılması ilə bağlı qərar Vaqif Mustafayevin telekanalın rəhbəri postundan getməsindən sonra verilib.

Məlumata görə, serialın yayımı hələ Vətən müharibəsi dövründə cəmiyyətdə çoxsaylı tənqidlərə səbəb olmuşdu. Onun efirdən yığışdırılmasında bu amilin xüsusi rolu olub.

Qeyd edək ki, Hindistan istehsalı olan məşhur serial 2009-cu ildə lentə alınıb. Serialın 2012-ci ildən Azərbaycan teleməkanında nümayişinə başlanılsa da, bir müddət yarımçıq qalıb. Daha sonra ölkədə əcnəbi serialların yayımına qadağa qoyulub.

2020-ci ilin avqust ayında Milli Televiziya və Radio Şurasının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunub. Beləliklə, “Amaci” yenidən efirə qayıtsa da, o, bu dəfə də sonacan nümayiş oluna bilməyib.

Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev “Space” televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb. O, 2006-2021-ci illərdə bu vəzifəni icra edib.

Digər xəbərlər
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?