hemle

Deputatdan Laçındakı fotoyla bağlı - Açıqlama

Tarix:19-05-2021, 09:55
Baxış Sayı:293

Ötən gün Laçına gedən bir qrup şəxsin spirtli içkini şəhid bulağı olduğu iddia edilən yerdə soyutması barədə foto yayılıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu əməli edən şəxsin isə Laçından seçilən deputat Mahir Abbaszadə olduğu bildirilib.

hemlemedia.az xəbər verir ki, sözügedən müzakirələrdən sonra deputat Mahir Abbaszadə məsələyə münasibət bildirib. O, Oxu.az-a açıqlamasında həmin bulağın şəhid bulağı olmasını təkzib edib: “Azərbaycan Televiziyası özünün ən ciddi verilişlərindən birini bu mövzuya həsr edib və rayonun nüfuzlu şəxslərinin iştirakı ilə Laçında, Güləbird kəndində çəkiliş aparıb.

Mən də çəkilişin iştirakçısı olmuşam. Bakıdan gətirdiyimiz azuqə ilə orada adi nahar süfrəsi təşkil etmişik. Hətta bu, çəkiliş başlamamış olub. Çünki uzun yol gəlmişdik. Nahar edib, sonra çəkilişə başladıq. süfrəmizdə spirtli içki olmayıb.

Bunu oradakı keçmiş döyüşçülər, müharibə veteranları, həmçini digər TV kanllarının əməkdaşları da təsdiq edərlər. Yaxınlıqdakı bulaq da “Humay” bulağı adlanır, şəhid bulağı yox”.

Xatırladaq ki, bu ilə qədər 18 may günü Laçının Ermənistan tərəfindən işğal günü kimi qəbul edilmişdi. Bu il isə laçınlılar sözügedən tarixi Laçında keçiriblər.




Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ