hemle

Rasim Məmmədovun bacanağı intihar etdi

Tarix:18-05-2021, 11:04
Baxış Sayı:303

Bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən “Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov intihar edib.

Bu barədə ilk məlumatı iş adamı, sabiq deputat Nazim Bəydəmirli yayıb.

O bildirib ki, E.Rəhimov illər öncə elə “Baku Steel Company”də bacanağı R.Məmmədovla işləyib. Daha sonra onların qanunsuz əməlləri ilə razılaşmayaraq etiraz edib və şirkətlə yollarını ayırıb.

İddiaya görə, bundan sonra R.Məmmədov təzyiq edərək baldızının Elşən Rəhimovdan boşanmasına səbəb olub. Ardınca isə Elşən Rəhimov xaricə köçüb və orada karqo şirkəti yaradıb.

Onun ölkədən didərgin düşməsinə səbəb olan Rasim Məmmədovu DTX həbs edəndən sonra Elşən Rəhimov ailəsi ilə barışacağına ümid edərək Azərbaycana qayıdıb.

Daha sonra Elşən Rəhimov keçmiş bacanağının istintaqına cəlb edilsə də, R.Məmmədovla əlaqəsinin olmadığı müəyyən edilib və sərbəst buraxılıb.

Ramazan bayramı günü Elşən Rəhimov növbəti dəfə həyat yoldaşı ilə görüşərək yenidən bir araya gəlmək istədiyini bildirib, lakin barışıq təklifi qəbul edilməyib.

E.Rəhimov bundan sonra Bakıda yerləşən binalardan birində özünü asaraq intihar edib.

R.Məmmədovun dostlarından biri “Qafqazinfo”ya məlumatı təsdiqləyib. Qeyd edib ki, E.Rəhimovun boşanması sadəcə sənəd üzərində olub. O, ailəsi ilə mütəmadi əlaqə saxlayıb.

Hüquq-mühafizə orqanlarından saytımıza bildirilib ki, mayın 13-ü və 14-də Elşən Rəhimov adında şəxsin intihar etməsi ilə bağlı rəsmi informasiya mövcud deyil.

Xatırladaq ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Digər xəbərlər
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?