hemle

Professor İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü

Tarix:19-07-2020, 15:58
Baxış Sayı:545

hemlemedia.az saytı yayımladı
Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından 7 gün keçir.

Bu gün keçirilən mərasimdə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edib.

Şəhidimizin məzarı ziyarət edilib, ailəsinə baş sağlığı verilib.

Rauf Arifoğlu şəhidimizin atası Dönməz Məmmədovla söhbət edib, problemləri ilə maraqlanıb. Rauf Arifoğlu Musavat.com-a deyib ki, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun 7 aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb. Bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, bunun mexanizmi müzakirə edilib.

Həmçinin Rauf Arifoğlu bildirib ki, İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.
hemlemedia.az

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?