hemle

Allahşükür Paşazadə: “Operativ qərargaha üç dəfə müraciət etmişəm”

Tarix:13-05-2021, 12:23
Baxış Sayı:278

“Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargaha üç dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə bildiriblər. Bununla bağlı müzakirələrimiz davam edir”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri qeyd edib ki, məscidlərin açılması həm də insanların özlərindən asılıdır:

“Biz operativ qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq. Digər dinlərə nisbətən İslamda başqa yerlərdə namaz qılmaq, ibadət etmək olar. Pandemiya dövründə müsəlman din xadimləri internet vasitəsilə dindarlara şəriət məsələlərini çatdırıblar, dini təbliğat davam edib. Ancaq bu gün evlənənmək istəyən toy mərasimi təşkil edə bilmir. Biz bu gün ata-anamızı istədiyimiz kimi mərasimlə dəfn edə bilmirik. Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm. Amma müvafiq qaydada dəfn üçün imkan yaranmasını istərdik. Dövr, həyat bizə məhdudiyyətlər qoyub. Biz nə qədər operativ qərargahın qaydalarına riayət etsək, o qədər də tez məscidlər, məbədlər açılacaq, toylar olacaq.

Bu gün qarşımızda COVID-19 pandemiyası kimi bir çətinlik dayanır. Allah tezliklə bizi bu xəstəlikdən azad etsin. Bu gün dünyanın böyük dövlətləri də bir gün ərzində minlərlə vətəndaşını itirir. Bir təyyarə qəzasında 200-300 nəfər həlak olanda bütün dünya o dövlətə, xalqa başsağlığı verir. Hazırda hər gün minlərlə insan həyatını itirir, bəzi dövlətlərdə ənənələrə uyğun olaraq gün ərzində meyitləri yandırmağa odun da çatmır. Allah bizi belə bəladan saxlasın”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ