hemle

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı PAYLAŞIM - FOTO

Tarix:10-05-2021, 12:40
Baxış Sayı:281

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə rəsmi instaqram hesabında paylaşım edib.

Mətndə deyilir:

"Bu gün Heydər Əliyevin – bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümüdür. O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb – bizim 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Dahi lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir