hemle

Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrıldı – Sərəncam

Tarix:8-05-2021, 18:40
Baxış Sayı:261

Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 20 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamla təsdiq edilmiş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Digər xəbərlər
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam
11:03 Abşeron, Qobu və Masazırda silah-sursat aşkarlandı
10:42 Trampın nümayəndəsindən qurxunc təklif - Ukrayna 3 yerə bölünsün
10:39 Tələb çox, say az: Bakıda evlərin bahalaşması qaçılmazdır
10:33 Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?
10:30 "Crocus"dakı terror aktının dəhşətli TƏFƏRRÜATI: Təkcə odlu silahdan istifadə edilməyib
10:23 Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutuldu
10:20 Bakı əhalisi üçün həyəcan anonsu