hemle

Koronavirusun ağır formasının öncədən müəyyənləşdirilməsi üsulu tapılıb

Tarix:7-05-2021, 08:22
Baxış Sayı:210

İsveçrə, Almaniya və Fransa alimlərinin birgə araşdırması nəticəsində koronavirusun ağır formalarının xəstəliyin əvvəlində ikən müəyyənləşdirilməsi üsulu aşkar olunub.

Bu barədə “RİA Novosti” Sürix Universitetinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Universitetin Eksperimental İmmunologiya İnstitutu alimləri almaniyalı və fransalı həmkarları ilə birlikdə T-qatil hüceyrələri üzərində sınaqlar aparıb.

Nəticədə məlum olub ki, COVID xəstəsinin qanında bu hüceyrələrin səviyyəsi onun xəstəliyi nə qədər ağır keçirəcəyini öncədən müəyyənləşdirməyə imkan verir. Belə ki, məhz bu hüceyrələr orqanizmin virusa qarşı erkən immun cavabı prosesində fəal iştirak edir.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı