hemle

Prezident “Boeing Commercial Airplanes”ın rəhbərini qəbul etdi

Tarix:28-04-2021, 12:41
Baxış Sayı:300

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb:

Stenli Dil: “Boeing” şirkəti adından Azərbaycanla əməkdaşlıq məsələsində liderliyinizə görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm.




Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Stenli Dil: Biz Azərbaycanla bağlı bütün işləri həyata keçirə bilmişik.

Prezident İlham Əliyev: Bəli, artıq iyirmi ildən çoxdur.

Stenli Dil: Bəli, iyirmi ildir ki, iş birliyi aparırıq.

Prezident İlham Əliyev Azərbaycanın “Boeing” şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib, bu əməkdaşlığın hava yollarımızın inkişafında rolundan danışıb. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərimizdə yeni hava limanlarının inşa olunduğunu deyib və bu baxımdan təyyarə parkımızın genişlənəcəyini vurğulayıb.

Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da...

Stenli Dil: Tikilməkdədir?

Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

Stenli Dil: Bilirəm, bu, çox vacibdir.

Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.

Stenli Dil: İşlər çox sürətlə gedir.

Dövlət başçısı, eyni zamanda, ölkəmizin yükdaşıma təyyarələri parkının potensialını da vurğuladı və bu sahədə də əməkdaşlıq üçün imkanları qeyd edib.

Prezident İlham Əliyev: Əminəm ki, bizim uğurlu əməkdaşlığımız davam edəcək. Həmçinin siz bizə yükdaşıma üçün təyyarə parkının inkişafında da kömək etmisiniz.

Stenli Dil: Bəli, bu, çox vacibdir.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, Azərbaycan yükdaşıma təyyarələri parkının potensialına görə aparıcı ölkələr sırasındadır.

Stenli Dil: Elədir ki, var. 2020-ci ildə hava yolu ilə yükdaşımaları sahəsində ən yaxşı daşıyıcı olmaq şərəfinə nail olmağı, bu prosesin iyirmi il öncə başladığını və sizin bu sahədə artıq liderə çevrildiyinizi nəzərə alaraq bu, təqdirəlayiqdir.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki bizim regionda belə güclü yükdaşıma parkına o qədər də çox ölkə sahib deyil. Bu, bizə kömək edir və əməkdaşlığa xidmət edir.

Stenli Dil: Yükdaşıma bacarığına nail olmaq strateji bir məsələdir.

Digər xəbərlər
13:52 İrəvan Bakıya adam göndərmək üçün şərt irəli sürür - COP29 PLANI
12:18 CHP bələdiyyə sədri saxlanıldı: Türkiyədə nə baş verir?
11:47 Trampın "bir günə sülh" planı realdır? - 1968-ci ildə Nikson da söz vermişdi
11:45 Moskva və Kiyev bu ölkənin vasitəçiliyi ilə danışıqlara başladı: Tarixi razılaşma olacaq?
11:44 Bayden Gürcüstanla bağlı bəyanat yaydı: Tələb etdi ki...
11:42 Fırtına yaxınlaşır: üç yeni dövlət yaradılacaq - Qardaş ölkə təhlükədə
09:28 Ən kalorili meyvə və giləmeyvələrin adı açıqlandı
09:26 Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir