hemle

Yayda da maska taxmalıyıq? – TƏBİB-dən AÇIQLAMA

Tarix:21-04-2021, 19:24
Baxış Sayı:353

Son günlər cəmiyyətin müxtəlif təbəqələrində koronavirusla əlaqədar tibbi maskalardan istifadəyə dair müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar açıq havada maska taxmağa ehtiyac duymasa da, həkimlər və digər rəsmilər bunun əksini düşünür.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev trend-ə bildirib ki, maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.

Çünki tibbi maska virusdan qorunmaq üçün vacib vasitədir: “Qarşıdan yay gəlir. Ötən il yay aylarında koronavirusa yoluxmanın necə pik həddə qalxması hamımızın yadındadır. Sərt karantin rejiminə keçid olmuşdu, hər yer qapanmışdı və insanların evdən çıxışı SMS icazə ilə mümkün idi. Əgər həmin günlərin yenidən təkrarlanmasını istəmiriksə, hələ bir müddət də dözüm və anlayış göstərməli, tibbi maskadan istifadə etməliyik”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir