hemle

Dövlət Neft Fondu büdcəyə nə qədər vəsait transfert edib? - RƏSMİ

Tarix:21-04-2021, 11:51
Baxış Sayı:309

2021-ci ilin birinci rübündə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 85,7 milyon manat vəsait daxil olub.

Maliyyə Nazirliyindən verilən məlumata əsasən, bu vəsait proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1 faiz çoxdur.

Müvafiq göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 milyon manat və ya 2,2 faiz çoxdur. Bu il büdcəyə köçürülən vəsaitin 72,2 faizi və yaxud 1 milyard 507 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Bu daxilolmaların həcmi 2020-ci ilin eyni dövrünə nisbətən 110,6 milyon manat və ya 7,9 faiz çox olub.

İlin ilk üç ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Bu rəqəm proqnoza nisbətən 158,6 milyon manat və ya 20,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 115 milyon manat mədaxil olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon manat və ya 5,0 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 milyon manat vəsait daxil olub. Bu isə proqnoza nisbətən 48,4 milyon manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39 milyon manat və ya iki dəfə çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 2 milyard 513,7 milyon manat olub, bu da nəzərdə tutulmuş proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz azdır.

Buna səbəb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən ilin birinci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunmasıdır.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı