hemle

ATV külli miqdarda CƏRİMƏLƏNDİ: Zaur Baxşəliyevin verilişi bağlandı

Tarix:21-04-2021, 11:02
Baxış Sayı:351

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

MTRŞ-dan bildirilib ki, iclasda 20 aprel 2020-ci il tarixində ATV televiziya kanalında yayımlanan “Bizimləsən” proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb.

Milli Televiziya və Radio Şurası ATV televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 33-cü, və 40.2.2-2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ATV televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə “Bizimləsən” proqramının yayımının dayandırılması, ATV televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.

Həmçinin, ATV televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir