hemle

Rəsmi Minskdən Azərbaycana ABŞ-a uçuşla bağlı cəlbedici TƏKLİF

Tarix:14-04-2021, 09:34
Baxış Sayı:276

Belarus Nəqliyyat naziri Aleksey Avramenko Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevlə ölkələr arasında müntəzəm uçuşların bərpasını və Bakıdan Nyu-Yorka Minsk yolu ilə uçuşun təşkilini müzakirə edib.

Bu barədə Belarus Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Danışıqlar zamanı tərəflər aviasiya sahəsində əməkdaşlığı, Belarus ilə Azərbaycan arasında müntəzəm uçuşların pandemiya öncəsi səviyyədə bərpasını müzakirə ediblər. Hazırda Minsk və Bakı arasında müntəzəm uçuşları “Belavia” aviaşirkəti tərəfindən həyata keçirilir”, - Belarus Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada qeyd olunur.

A.Avramenko AZAL-ın Bakı-Minsk-Nyu-York-Minsk-Bakı marşrutu ilə transkontinental uçuşunun təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib:

“Hava limanının inkişaf etmiş marşrut şəbəkəsi sayəsində Minsk üzərindən ABŞ-a uçuşlar yalnız dövlətlərimizin vətəndaşları üçün deyil, Baltikyanı ölkələrdən gələn sərnişinlər üçün də cəlbedici ola bilər”.

Nazir Belarus tərəfinin bu uçuşu təşkil etməkdə maraqlı olduğunu vurğulayaraq, yaxın gələcəkdə konkret addımların hazırlanmasını təklif edib.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...