hemle

Bu gün Nigar Camal "həbs olunacaq"

Tarix:9-04-2021, 08:06
Baxış Sayı:334

Tanınmış aktyor Fəridbəy Kərimov AzTV-nin "Agent 001" verilişinin aparıcılarından biri olacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, o, verilişdə dördüncü "agent" kimi çıxış edəcək.

Yeni "agent" AzTV-nin digər "agent"ləri ilə birlikdə Kamilə Babayevadan bu vaxta kimi heç kimin dilə gətirmədiyi ittihamlara cavabı verməsini istəyəcək. Qeyd edək ki, "Agent 001"in ilk buraxılışı martın 5-də yayımlanıb. Layihənin qonağı statusundan asılı olmayaraq - deputat, idmançı, aşpaz, müğənni, aktyor və s. - hər kəs ola bilər. İlk qonaq peşəkar kikboksçu, 25 qat dünya çempionu Eduard Məmmədov olub. Bu günə qədər gedən buraxılışlarda "Agent 001"in digər qonaqları aktrisa Mehriban Zəki, kinorejissor Ayaz Salayev və yazıçı İlqar Fəhmi kimi tanınmış simalar olub. Aprelin 9-da efirə gedəcək buraxılışda isə "ittiham kürsüsü"ndə müğənni Nigar Camal olacaq.


(Milli.Az)

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq