hemle

“Caliber” Şuşaya “İskəndər M” raketinin atılmasının görüntülərini paylaşdı - VİDEO

Tarix:2-04-2021, 23:17
Baxış Sayı:286

“Caliber” layihəsinin “YouTube” səhifəsində növbəti videosüjet yayımlanıb.

Süjetin müəllifləri ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin “İskəndər M” raketləri ilə atəşə tutulması barədə danılmaz faktların təqdim edilməsindən sonra məsələ ilə bağlı fantastik versiyaların irəli sürüldüyünü diqqətə çatdırıblar.

“Hazırda media məkanında yalnız Rusiya ordusunun ixtiyarında olan raketlərin Ermənistana Suriyadan gətirilməsi kimi absurd fərziyyələr irəli sürülür. Açıq-aydın həqiqəti təkzib etməyə çalışanlar üçün 44 günlük müharibə zamanı erməni hərbçiləri tərəfindən çəkilmiş kadrları təqdim edirik”, - deyə süjetdə bildirilib.

Videoda eyni qurğudan iki ardıcıl raket atəşi əks olunur və bunun texniki cəhətdən “Elbrus” və ya “Toçka U” kimi komplekslərdə mümkün olmadığı qeyd edilir.

Daha ətraflı “Caliber”in süjetində:

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir