hemle

Türkiyədə “komendant saatı” tətbiq olunacaq

Tarix:29-03-2021, 21:50
Baxış Sayı:292

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə hökumətinin iclası keçirilib.

“Haber Global”ın məlumatına əsasən, üç saat yarım davam edən toplantıdan sonra dövlət başçısı mətbuata açıqlamalar verib.

O bildirib ki, ölkədə koronavirusla bağlı vəziyyətin kəskinləşməsi fonunda bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

“Əlimizdəki məlumatlar və etdiyimiz araşdırmalara əsaslanaraq qəbul etdiyimiz qərarları bu gün xalqımızla paylaşmaq istərdim. Bütün Türkiyə ərazisində hər gün axşam saat 21-dən səhər saat 5-dək küçəyə çıxma qadağası tətbiq olunacaq.

Qırmızı kateqoriyadan olan bölgələrimizdə şənbə və bazar qadağaları da qüvvədə qalacaq. Ramazan ayı boyunca şənbə-bazar qadağaları bütün ölkəyə şamil olunacaq.

Restoran və kafelərə tutumunun 50%-i qədər müştəri buraxılacaq. Ramazan ayında isə bu obyektlərin yalnız çatdırılma yolu ilə xidmətinə icazə veriləcək. Kütləvi sahur və iftar süfrələri də qadağan olunacaq”, - deyə Ərdoğan bəyan edib.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ