hemle

Komendant saatı uzadıldı - Tunisdə

Tarix:7-12-2020, 09:21
Baxış Sayı:320

Tunis hakimiyyəti komendant saatının 30 dekabr tarixinə qədər uzadılmasına qərar verdi.

Bu barədə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Küçəyə çıxmaq qadağası saat 20:00-dan 05:00-a qədər tətbiq edilir. Yarmarka, konfrans və iclasların keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılır; kafe və restoranlar 19:00-da işini dayandırır və 16:00-dan sonra yeni müştəri qəbul etmələri, ictimai yerlərdə qəlyan çəkilməsi qadağandır; dəvət olunanların sayı 30 nəfərdən çox olmamaq şərti ilə toy və dəfn mərasimlərinin keçirilməsinə icazə verilir; ictimai yerlərdə məcburi qoruyucu tibbi maska ​​rejimi davam etdirlir.

Məhdudiyyət tədbirlərinə riayət olunmasına nəzarət bölgə orqanlarına həvalə edilib.

ÖlkəninSəhiyyə Nazirliyinin son məlumatlarına görə, Tunisdə epidemiya başlayandan 102 991 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, xəstəlikdən 3526 nəfər dünyasını dəyişib.

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi