hemle

Bu gün intihar edən Könül 618 bal yığıbmış

Tarix:29-03-2021, 12:30
Baxış Sayı:292

Bu gün səhər saatlarında Sumqayıtda intihar edən 18 yaşlı Könül Misirli haqda bəzi detallar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, K. Misirli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.

İlkin məlumata görə, K.Misirli Bakıda universitetlərin birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib.

Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb, bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib.

Qeyd edilir ki, intihar etmiş tələbə dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.

K.Misirlinin martın 31-də 18 yaşı tamam olacaqdı.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir