hemle

Baltik Assambleyasının komitə iclası keçirildi - FOTO

Tarix:26-03-2021, 17:51
Baxış Sayı:328

Martın 26-da Baltik Assambleyasının Təhsil, elm və mədəniyyət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İclasda Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.

Tədbirdə “Baltik dövlətlərinin təhsil və elm sahəsində strateji tərəfdaşlığı” (COVİD-19 pandemiyasının təsiri, əməkdaşlığın genişləndirilməsi imkanları), “COVİD-19 pandemiyası dövründə və ondan sonra məşğulluq və əmək bazarı: Baltik ölkələrində yeni çağırışlar dönəmində təhsilin gələcəyi” mövzularında müzakirələr aparılıb.

Milli Məclisin deputatı Elnur Allahverdiyev müzakirə olunan məsələlərlə bağlı çıxış edib, pandemiya ilə bağlı Azərbaycanda mövcud vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırıb. Deputat ötən ilin mart ayından Azərbaycanda COVİD-19 pandemiyasının iqtisadi təsirlərinin aradan qaldırılması üçün hökumətin həyata keçirdiyi işlər, iqtisadi artıma, məşğulluğa və sahibkarlara dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar Azərbaycan parlamenti qanunvericilikdə müfaviq dəyişikliklər edib.

Sonra onlayn iclasda digər ölkələrin iştirakçıları da pandemiya dövründə ölkələrində görülmüş tədbirlər barədə məlumat veriblər, bu sahədə öz təcrübələrini bölüşüblər.


Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir