hemle

Qarabağda 30 ildə məhv edilən işğalçıların sayı

Tarix:25-03-2021, 13:47
Baxış Sayı:312

Azərbaycan Ordusu Qarabağın 30 ilə yaxın davam edən işğalına 44 gün ərzində son qoydu. Vətən Müharibəsi zamanı Ermənistan Ordusu darmadağın edildi, istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan böyük itkilər verdi.

Modern.az açıq mənbələrdəki informasiya əsasında 1991-ci ildən Qarabağda açıq müharibə formasında davam edən qarşıdurma zamanı məhv edilən erməni hərbçilərin sayını açıqlayır.

Ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hakimiyyətdə olduğu zaman (1991-1998) Ermənistanın Qarabağ müharibəsi və sonrakı atəşkəs dövründə hərbi itkiləri 7 min civarındadır. Növbəti prezident Robert Koçaryanın hakimiyyəti illərində (1998-2008) düşmənin 150-dən çox hərbçisi ölüb. Serj Sarkisyanın (2008-2018) prezidentliyi zamanı Qarabağda təxminən 350 erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan isə hərbi əməliyyatlarda verilən itkilərlə bağlı dəqiq rəqəm açıqlamasa da, yerli mətbuat itki sayının 5 mindən çox olduğunu açıqlayır.

Beləliklə, təxmini hesablamalara əsasən, Qarabağda 30 il davam edən silahlı münaqişə zamanı azı 12,5 min erməni hərbçisi məhv edilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir