hemle

Builki direktorların işə qəbulu imtahanlarında rekord namizəd

Tarix:24-03-2021, 14:46
Baxış Sayı:321

Bu il ilk dəfə cari il üzrə keçirilən direktorların işə qəbulu imtahanlarında rekord sayda, 2683 namizəd iştirak edib.

Bu ilin 19 və 25 fevral tarixlərində direktorların işə qəbulu üzrə ilk dəfə onlayn sınaq imtahanları keçirilib.

Direktorların işə qəbulu üzrə test imtahanı nəticələrinin ətraflı təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq ümumi imtahan nəticəsi, respublika və işlədiyi şəhər (rayon) üzrə imtahan iştirakçıları arasında yeri, həmçinin özləri ilə eyni imtahan nəticəsi toplamış namizədlərin sayı ilə tanış ola bilərlər. Namizədlər eyni zamanda “Test tapşırıqlarına bax” xanasına daxil olub “İmtahanlar” bölməsindən “Köhnə imtahanlar” xanasını, daha sonra “Təfsilata bax” butonu klikləyərək onlara təqdim olunan test tapşırıqları və cavabları ilə tanış ola bilərlər.

Qeyd edək ki, test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir. Müsahibə mərhələsi üçün keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək və şəxsi səhifələrə bu barədə məlumat göndəriləcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir