hemle

Rəqsanə əsgərə verdiyi maşın vədinə ƏMƏL ETMİR

Tarix:22-03-2021, 23:10
Baxış Sayı:480

2-ci Qarabağ müharibəsi vaxtı əsgərlərimizə maşın alacağını söz verən müğənni Rəqsanə yenə bunu şou olaraq istifadə edib.

Anons.az xəbər verir ki, müharibə vaxtı video müraciətlə avtomobil sahibi olmaq istədiklərini bildirən 2 əsgərimizə avtomobil almaq sözünü verən müğənni Rəqsanə bu sözünü tutmayıb.

Artıq 4 ay keçməsinə baxmayaraq, sənətçi bunun unudulacağını düşünərək, hər gün yeni bəhanələr tapmaqda davam edir.

Qeyd edək ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən ifaçı əsgərimizin arzusunu reallaşdıracağını bildirmişdi: “Mən müharibə vaxtı orduya yardım edə bilmədim. Bir şey etməsəydim, bunu özümə bağışlaya bilməzdim. Nə yaxşı bu iki video qarşıma çıxdı. Əsgərlərimizdən biri qara rəngli “Jiquli 07“, digəri “Niva” istəyirdi. Maşının birini mən alıram, digərini həyat yoldaşım Fazil bəy hədiyyə edəcək”

Digər xəbərlər
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA
10:17 Bu gün hava necə olacaq? - PROQNOZ